Vaxt.Az

1 milyard avro yardım


 

Əvəzində səhiyyə və dərman məhsulları ucuzlaşdırılacaq

1 milyard avro yardım



Yunanıstan hökumətinin iyulun 4-də verdiyi açıqlamaya əsasən, hökumət səhiyyə və formaseptika məhsullarına qiymətlərin aşağı salınması ilə bağlı islahatların keçirilməsi səbəbindən yeni maliyyə yardımını almağa hazırdır. Məlumatı «Reuters» xəbər agentliyi yayıb.

Yunanıstanın maliyyə naziri «Avroqrup» İşçi Qrupunun konfransında iştirakı zamanı bildirib ki, 1,36 milyard dollarlıq maliyyə yardımı ilə bağlı müzakirələr davam edir. Aİ maliyyə nazirlərinin məsələ ilə bağlı yekun qərarının növbəti həftə keçiriləcək görüşdə verilməsi gözlənilir.

Qeyd etmək lazımdır ki, bu qərar hökumətə yeni bir nəfəs olacaq. Belə ki, bəzi ölkədaxili prosesləri idarə edə bilməmək səbəbindən müəyyən islahatları gecikdirən hökumət Beynəlxalq Valyuta Fondu tərəfindən sərt tənqid edilmişdi. Sözügedən qarışıqlıq isə Avropa Parlamenti seçkilərində solçu-müxalif «Siriza» partiyasının baş nazir Antonis Samarasın partiyası üzərində qələbəsindən sonra başlamışdır.

Maliyyə yardımı həmçinin Yunanıstan hökumətinə aprel ayında beynəlxalq bazarlarda qazandıqları müvəffəqiyyətdən sonra ikinci dəfə qiymətli kağız buraxılışına icazə verəcək. Xatırladaq ki, ölkə son 4 ildə bu sahə ilə bağlı uğurlar qazanmırdı.

Rəsmi Afina qiymətli kağızların bazara buraxılışını avqust ayına planlayıb. Qiymətli kağızların dəyəri və davamlılığının 7 ilə kimi 2-3 milyard avro qədər olacağı gözlənilir.

6 illik tənəzzülə baxmayaraq, son aylarda Yunanıstan investisiya sektorunda dönüş etmişdir. Lakin hələ də ölkənin 2010-cu ildə islahatlarda gecikdirmə və uyğunsuzluğu səbəbindən reputasiyasında qara ləkələr qalmaqdadır.

Növbəti 1 milyard avroluq yardımı almaq üçün Yunanıstan hökuməti onun əsas elektrik enerji istehsalçısı «PPC»-nin bir qisminin satılması tələbi ilə üz-üzədir.

 





05.07.2014    çap et  çap et