Vaxt.Az

Fransada elektrik enerjisi bahalaşdı


 

Ölkənin energetika naziri xanım Seqolen Royal bu faktı təsdiqləyib

Fransada elektrik enerjisi bahalaşdı Sentyabr ayından Fransada elektrik enerjisinin qiyməti 5 faiz qaldırılacaq. ANS PRESS-in məlumatına görə, Fransa Dövlət Şurasının elektrik enerjisinin satış qiymətinin 2 il ərzində qaldırılmayacağını bildirsə də, hökumət sentyabr ayından etibarən enerji daşıyıcılarının qiymətinin 5 faiz qaldırılacağını bəyan edib.


Ölkənin energetika naziri xanım Seqolen Royal bu faktı təsdiqləyib. Nazir qiymət artımını idxal olunan enerjinin qiymətinin yüksək olması ilə əlaqələndirib. Qiymət artımından sonra hər ailə məişətdə istifadə edilən elektrik enerjisi üçün əlavə olaraq ayda 1, 50 avro ödəyəcək.

 





07.07.2014    çap et  çap et