Vaxt.Az

Britaniyanın böyüyən problemi...


 

...Avropa İttifaqının əleyhdarı olan siyasi qüvvələri gücləndirib

Britaniyanın böyüyən problemi... Ötən 10 ildə Britaniyaya immiqrantların axını artıb. İyulun 8-də hökumət müşavirlərinin bildirdiyinə görə, ölkənin əksər yerlərində ictimai xidmətlərdə yaranmış problemlərlə mübarizə aparılır. Məlumatı «GMA Network» yayıb.


2015-ci il seçkiləri ilə bağlı narahatlığın artdığı vaxtda immiqrasiyanın iqtisadiyyata təsiri də artıb. Bu isə Avropa İttifaqının əleyhdarı mövqeyi tutan UKİP partiyasının yüksəlişinə səbəb olub. Məsələnin həlli üçün baş nazir Devid Kemerona da təzyiqlər artıb.

Kemeron immiqrasiyanın həcminin ildə 100 min nəfərədək azalmasına çalışırdı. Göstəricilər isə bunun əksinə olaraq artır. Kemeron Aİ miqrantlarının «müavinət turizminin» qarşısını almaq üçün də addımlar atıb.

İqtisadçılar və miqrasiya ekspertlərindən ibarət Müstəqil Miqrasiya Məşvərət Komitəsinin bildirdiyinə görə, əvvəllər aşağı kvalifikasiyalı immiqrantlar nisbətən azlıq təşkil edirdilər. İndi isə bunların qarşısını almaq üçün daha çox köməyə ehtiyac var.  «Ötən 10 ildə bir milyon immiqrant aşağı kvalifikasiyalı vəzifələr tutub. İndi də hökumət kəskin əhali dəyişikliyi ilə mübarizə aparmağa məcbur qalıb», - Komitənin nümayəndəsi bildirib.

2001-2011-ci illərdə Britaniyada doğulmayan İngiltərə və Uels əhalisi 2,9 milyon nəfər artıb. Artımın 75 faizi ölkənin dörddə bir hissəsində cəmləşib. İmmiqrasiya ölkə üzrə iqtisadiyyata böyük təsir göstərməsə də, Piterboro və Southempton şəhərlərində, eləcə də Londonun bəzi yerlərində ictimai xidmətlərdə problem yaradıb. «Bu təsirlər təhsil və səhiyyə, daşınmaz əmlak bazarı, birgə yaşayış, inteqrasiya və yaşayış səviyyəsi ilə bağlı problemlərdə özünü göstərir», - Komitənin sədri Devid Metkalf bildirib.

 





09.07.2014    çap et  çap et