Vaxt.Az

Bakıda təyyarə qəzası


 

Xəsarət alan yoxdur

Bakıda təyyarə qəzası Bakıda iki nəfərlik kiçik təyyarə qəzaya uğrayıb.


Sabunçu rayon Polis İdarəsindən «Trend»ə bildiriblər ki, bu gün səhər saatlarında təyyarə Maştağa qəsəbəsi ərazisinə düşüb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu «Cessna» markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb.

 





10.07.2014    çap et  çap et