Vaxt.Az

Daha bir NİDA-çı əfv dilədi


 

«Cənab Prezident, şəxsim adına söz verirəm ki, ...»

Daha bir NİDA-çı əfv dilədi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında saxlanılan saxlanılan məhkum Şahin Novruzlunun cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə Prezident İlham Əliyevə müraciət edib. Vaxt.az NİDA-çı gəncin müraciətini olduğu kimi təqdim edir:

«Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və Odlar Yurdu universitetinin maliyyə-kredit fakültəsində davam etmişəm. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsiplərinə söykənərək məni əfv etmənizi rica edirəm.

Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.

Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam».

 





10.07.2014    çap et  çap et