Vaxt.Az

Rusiya Ermənistanı poliqona döndərib


 

Forpost dövlətin ərazisində «Forpost» təyyarəsi sınaqdan keçiriləcək

Rusiya Ermənistanı poliqona döndərib Rusiya Ermənistanda genişmiqyaslı taktiki təlimlərə başlayıb. ANS PRESS-in məlumatına görə, təlimlər Rusiya Cənub Hərbi dairəsinin Ermənistanda yerləşən «Alagöz» və «Kamxud» təlim-məşq kompleksində keçirilir. Təlimlərdə hərbi bazanın bütün xüsusi avtomobilləri və zirehli texnikası iştirak edir.

Təlimlərdə həmçinin «Navodçik-2», «Forpost», «Orlan-10» və «Zastava» uçan pilotsuz aparatlarından da istifadə edilir. 

Genişmiqyaslı taktiki təlimlərdə hərbi maşın karvanlarının müəyyən edilmiş istiqamət üzrə hərəkətinin düzgün yerinə yetirilməsi, hərbçilərin tapşırıqları yerinə yetirməsi, pilotsuz təyyarələrin uçuş və eniş, hədəfi dəqiq müəyyən etməsi yoxlanılır.

İyulun 12-dək davam edəcək təlimlər Rusiya-Ermənistan arasında imzalanmış kollektiv təhlükəsizliklə bağlı saziş çərçivəsində keçirilir.

 





11.07.2014    çap et  çap et