Vaxt.Az

Düşmən susduruldu


 

Erməni xisləti davam edir

Düşmən susduruldu Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Mərzili, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 





14.07.2014    çap et  çap et