Vaxt.Az

Luqanskda döyüş qızışır


 

Ukrayna ordusu silahla və separatçılarla dolu 2 yük maşınını məhv edib

Luqanskda döyüş qızışır Luqanskda Ukrayna ordusu silahla və separatçılarla dolu 2 yük maşınını məhv edib. ANS PRESS-in məlumatına görə, bu barədə hərbi ekspert Dmitri Timçuk açıqlama verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından Luqanskın Roskoşnoe və Georgiyevka rayonlarında ordu qüvvələri ilə separatçılar arasında qızğın döyüşlər başlayıb. Ordu tərəfdən itkilərin olmadığı bildirilir.

«Luqansk hava limanı mühasirəyə alınıb. Mühasirədə olan separatçılar «Qrad»larla ordu qüvvələrini atəşə tutub. Bundan başqa Staraya Krasnyanka kəndində də güclü döyüşlər gedir. Separatçılar dayanmadan hərbçilərin blokpostlarını atəşə tutur. Son döyüşlərdə ordu itki verməyib. Lakin separatçıların iki silah, separatçı dolu yük maşını məhv edilib», deyə Timçuk bildirib.

 





14.07.2014    çap et  çap et