Vaxt.Az

DİN-dən “ali təhsilli” əməliyyat


 

Saxta diplomlu “aqronom”lar saxlanılıb

DİN-dən “ali təhsilli” əməliyyat Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Şəmkir rayonunda saxta diplomlarla bağlı əməliyyat keçirilib.

Bildirilib ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tatarlı kənd sakini Şəhla Hüseynovadan, Dəllər-Cırdaxan kənd sakinləri Hürü Məmmədovadan, Sürəyya Nəcəfovadan, Seyidlər kənd sakini İltizam Uğuzovdan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, Tatarlı kənd sakini Rəfiqə Quliyevadan isə Azərbaycan Texnologiya İnstitutunu bitirmələri barədə saxta diplomlar götürülüb.
Faktla əlaqədar cinayət işi başlayıb.

 





17.07.2013    çap et  çap et