Vaxt.Az

Meri yuxudan oyadan cərimələndi


 

37 avro ziyana düşən şəxs məhkəməyə baş vurub

Meri yuxudan oyadan cərimələndi Moraviyada şəhər administrasiyasının merini gecənin bir aləmində oyadan sakin min krona (37 avro) cərimə olunub. Qonşular musiqiyə ucadan qulaq asdıqları üçün yata bilməyən bir kişi kömək üçün polisə müraciət edib. Polisdən rədd cavabı alan sakin düz şəhər merinin evinə gedib. Yad bir adamın gecədən keçmiş bütün ailəsinin yuxusuna haram qatmasından hiddətlənən mer gecə qonağının cərimələməsinə nail olub.

Ağlı başına gəlməyən şəxs indi də cərimənin ləğv olunmasına çalışır. O, artıq məhkəməyə müraciət edib. İndi isə ictimai hüquq müdafiəçisindən yardım istəyir. Ombudsmanın müavini Stanislav Krjeçek hadisəni təhlil edərək bildirib ki, cəriməni qanunsuz saymır. «Gecə sakitliyinin» pozulması barədə işə baxmaq polisin səlahiyyətinə aiddir. Şəhər meri rəsmi şəkildə yerli polisin rəhbəri olsa da, hər halda gecələr onu narahat etməyə dəyməz.

 





15.07.2014    çap et  çap et