Vaxt.Az

Ofisiant milyonçu oldu


 

İki türkün pulunu məhkəmə böldü

Ofisiant milyonçu oldu Böyük Britaniyanın York şəhərindəki «Kapdokiya» türk restoranında xörəkpaylayan işləyən türkiyəli Fatih Ozan qəribə yuxu görüb. ANS PRESS-in məlumatına görə, o, yuxuda görüb ki, restoranın sahibi ilə üz-üzə durub və əllərində çox miqdarda pul tutub. Yuxudan ayılan Fatih belə qərara gəlir ki, ona lotereyada udacağı əyan olub.

Təcili bilet almaq qərarına gəlib. Fatih «Millionaire Raffle» lotoreyasını almaq fikrinə düşüb. Amma tam bilet almağa pulu çatmayıb. Pulun qalan hissəsini - 4,5 funtu (8 dollar) restoranın sahibi Həyatidən alıb. O, restoran sahibinə üç saat yalvarıb ki, 4,5 funt verib lotereyaya ortaq olsun. Yuxunu eşidən restoran sahibi ona pul verib. Yuxu çin çıxıb və lotoreya 1 milyon funt sterlinq (1,7 milyon dollar) udub.

Amma restoran sahibi bildirib ki, bilet də, uduş da ona məxsusdur və bileti xörəkpaylayanın əlindən alıb. Xörəkpaylayan məhkəməyə müraciət edib. Məhkəmə uduşu yarı bölüb.

 





16.07.2014    çap et  çap et