Vaxt.Az

“Səyləri artırın”


 

Türkiyəli nazir Minsk Qrupuna təpindi

“Səyləri artırın” “ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli ilə bağlı öz səylərini artırmalıdır”.Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bununla yanaşı, ATƏT üzvü olan digər ölkələr də bu istiqamətdə aktivlik nümayiş etdirməlidir.“Donmuş münaqişələrin nizamlanması olduqca əhəmiyyətlidir. Türkiyə də öz növbəsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həllinin tərəfdarıdır və daim Azərbaycanın yanındadır”.
Ə. Davudoğlu Türkiyənin Misirin daxili işlərinə qarışması ilə bağlı səslənən ittihamlara da cavab verib. O, qeyd edib ki, Türkiyə hər bir ölkənin daxili işlərinə hörmətlə yanaşır. “Ancaq Misirdəki problemlər bölgəyə sıçraya bilər. Ancaq Türkiyənin bu məsələlərə münasibəti daxili məsələlərə qarışmaq kimi yozmaq düzgün olmaz”.
 





17.07.2013    çap et  çap et