Vaxt.Az

Yeni Fəxri Xiyaban yaradılır


 

Elmar Vəliyev iki sərəncam imzalayıb

Yeni Fəxri Xiyaban yaradılır Gəncədə Fəxri Xiyaban yaradılacaq. AzVision.az xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. İcra başçısının sözlərinə görə, şəhərdə Fəxri Xiyabanın yaradılması ilə bağlı sərəncam imzalanıb:

«Şəhərdə Fəxri Xiyabanın yaradılması və ərazisinin təyin edilməsi ilə bağlı sərəncam da artıq imzalanıb və ərazisinin təyin edilməsi ilə bağlı sərəncam da artıq imzalanıb». 

Elmar Vəliyev həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının aqrar bölməsinin Gəncə şəhərinə köçürülməsi ilə bağlı da razılıq əldə edilib.


***


Elmar Vəliyev gəncəlilərə daha bir şad xəbər var. Belə ki, yeni tədris ili ərəfəsində şəhərin səkkiz məktəb binası əsaslı təmirdən sonra istifadəyə veriləcək. İlin sonuna kimi Gəncə şəhərində 15-ə yaxın körpələr evi-uşaq bağçası da yenidən qurulacaq. Avadanlıq və inventarla təchiz ediləcək.

Modern.az saytı xəbər verir ki, ümumilikdə, 2014-cü ilin sonuna kimi Gəncə şəhərində 20 binanın açılışı gözlənilir.

Qeyd edək ki, yeni inşa edilən şəhər Təhsil İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb və ətrafında abadlıq işləri aparılır.

 





21.07.2014    çap et  çap et