Vaxt.Az

Daha bir təyyarə qəzası?


 

110 sərnişin, 6 ekipaj üzvündən xəbər yoxdur

Daha bir təyyarə qəzası? Əlcəzair Hava Yolları «Air Algerie» aviaşirkətinə məxsus təyyarə ilkin məlumatlara görə, Nigerin paytaxtı Niamey şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu barədə AzVision.az «CCTVNews» telekanalına müsahibəsində bildirib. Qeyd edək ki, «DC-9» tipli avialaynerlə əlaqə təyyarənin Brukina Fasonun paytaxtından havaya qalxmasından 50 dəqiqə sonra kəsilib.

«Təyyarə Əlcəzair sərhəddi yaxınlığında olan zaman, ekipaj görmə məhdudluğu ilə əlaqədar uçuş istiqamətini dəyişmək barədə razılıq istəyib. Əks halda o Əlcəzairdən Bamakoya uçan təyyarə ilə toqquşa bilərdi. Təyyarə uçuş istiqamətini dəyişdikdən sonra onunla əlaqə kəsildi», - deyə «Air Algeria» şirkətinin rəsmiləri bildirib.

Qəza baş verən zaman təyyarənin göyərtəsində 110 sərnişin və 6 ekipaj üzvü olub.

 





24.07.2014    çap et  çap et