Vaxt.Az

Ermənilər bir-birinə qənim kəsilib


 

Siyasi mühacir 47 yaşlı soydaşını güllələyib

Ermənilər bir-birinə qənim kəsilib 38 yaşlı erməni siyasi mühacir Parisdə öz soydaşını öldürdüyünə görə həbs edilib.

ANS PRESS-in məlumatına görə, cinayət Lonqvi şəhəri yaxınlığında həyata keçirilib. O, polisə özü müraciət edib. Siyasi mühacirin dediyinə görə, 47 yaşlı soydaşını Lonqvi yaxınlığında oğurluq tapança ilə güllələyərək nohura atıb. 

Hadisənin birbaşa şahidləri olmasa da, yerli sakinlər güllə səsləri eşitdiklərini bildiriblər. Prokurorun sözlərinə görə, hər iki erməni tanış olublar və qətl borc məsələsinə görə baş verib. 

Qatil erməni Fransaya 2 ildir ki, gəlib. Ona 30 il həbs cəzası kəsilə bilər.

 





30.07.2014    çap et  çap et