Vaxt.Az

Rusiyadan Polşaya zərbə


 

Rəsmi Moskva meyvə və tərəvəz idxalına məhdudiyyət qoyur

Rusiyadan Polşaya zərbə Rusiya Polşadan meyvə və tərəvəz idxalına məhdudiyyət qoyur. ANS PRESS-in məlumatına görə, yeni qaydalar avqustun 1-dən qüvvəyə minir. Rusiyanın veterinar və sanitar xidməti bildirir ki, Polşadan gələn bu məhsullarla bağlı çoxlu pozuntular var.

Polşanın aqrar nazirliyi isə hesab edir ki, Rusiyanın bu hərəkəti Avropa Birliyi sanksiyalarına cavabdır.

Rusiyanın veterinar və sanitar xidməti iyulun 28-də məlumat yayıb ki, Avropa Birliyindən meyvə ixracına məhdudiyyət qoymağı düşünür.

Qeyd edək ki, Rusiya iyulun 29-da Ukraynadan gündəlik məhsulların, meyvə, tərəvəz və balıq konservlərinin idxalına da qadağa qoyub.

 





30.07.2014    çap et  çap et