Vaxt.Az

Avropa istidən qovrulur


 

Fransada, Almaniyada, Belçikada və İtaliyada 40 dərəcə isti qeydə alınıb

Avropa istidən qovrulur Avropada anomal istilər həyatı iflic edib. Fransada, Almaniyada, Belçikada və İtaliyada rekord həddə yüksək temperatur - 40 dərəcə isti qeydə alınıb. Bəzi yerlərdə hərarət 40 dərəcəni də ötüb. Bu barədə "Rossiya 24" telekanalı xəbər verir.
Bu ölkələrdə sakinlərə və turistlərə qızmar günəşdən qorunmaq üçün özləri ilə çətir gəzdirmək tövsiyə edilib. Çimərliklər, demək olar ki, istirahət edənlərlə dolub-daşır, insanlar hətta fontanlarda çimirlər.
Yunanıstanda meşə yanğınları tüğyan edir. Rodos, Krit və Serifos adalarında meşələr yanır. İtaliyada meşə yanğını təhlükəsi ilə əlaqədar 8 şəhərdə, o cümlədən Roma, Bolonya və Venesiyada fövqəladə vəziyyət xəbərdarlığı edilib.
 





28.07.2013    çap et  çap et