Vaxt.Az

Bazar günü 39 dərəcə isti olacaq


 

3 avqustda gözlənilən hava şəraiti

Bazar günü 39 dərəcə isti olacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Vaxt.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.  Atmosfer  təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70, gündüz  40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 03-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi,  lakin   gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda  şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.  Mülayim cənub-şərq  küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

 





02.08.2014    çap et  çap et