Vaxt.Az

“Suriya Ermənistandan yaxşıdır”


 

Suriyadan qaçmış erməni ailə Ermənistandakı yoxsulluğa çaşıb

“Suriya Ermənistandan yaxşıdır” Suriyada davam edən müharibədən qaçaraq Ermənistana sığınan erməni əsilli ailə bu ölkənin də acınacaqlı şəraitdə olduğuna şahid olub. ANS PRESS “news.am” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı ailəni ziyarət edən humanitar təşkilatlardan biri yayıb.
Məlumata görə, Gümrü şəhərində məskulaşan Ovsepyan ailəsi əməlli başlı xəyal qırıqlığı yaşayıb. Belə ki, evin xanımı Astxik Ovsepyan burada gördüyü vəziyyəti qızğın müharibə şəraitində olan Suriya ilə müqayisə edib. 
“Burada iş tapmaqda çətinlik çəkirik. Hətta qızğın müharibə şəraitində olan Suriyadakı vəziyyət buradan qat-qat yaxşıdır”.
 





28.07.2013    çap et  çap et