Vaxt.Az

“Əsas məsələ xalqının seçkidən razı qalmasıdır”


 

“Başqa ölkələrin ən yaxşı seçki təcrübələrindən istifadə etmək lazımdır”

“Əsas məsələ xalqının seçkidən razı qalmasıdır” “Beynəlxalq təşkilatların seçkiləri qiymətləndirməsi vacibdir, ancaq ən əsas məsələ Azərbaycan xalqının seçkilərdən razı qalmasıdır”.
APA-nın məlumatına görə, bu fikirləri dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimindəki çıxışı zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib.
K. Tarqay bildirib ki, prezident İlham Əliyevin 2006-cı və 2011-ci ildə imzaladığı sərəncamlar Azərbaycanda demokratik və azad seçkilərin keçirilməsi üçün lazımi zəmin yaradıb: “Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə azad və demokratik seçkilərin keçirilməsi də öz əksini tapıb. Bundan əvvəlki seçkilərdə də müsbət irəliləyişlər qeydə alınıb. Bu, asan proses deyil və idarəçiliyi tək qanunlarla həyata keçirmək mümkün deyil. İndiyə qədər görülən işləri müsbət qarşılamalıyıq. Çünki ciddi irəliləyişlər var. Amma bunlar yetərli deyil. Seçkilər təcrübədir və bu baxımdan Azərbaycanda daha yaxşı seçkilərin keçirilməsi üçün təcrübə toplanıb”.
Səfir bildirib ki, ATƏT olaraq vəzifələri seçki hazırlıqlarına yardımçı olmaq və əməkdaşlıq etməkdir: “Bu addımları birlikdə atacağıq. MSK və Prezident Administrasiyası ilə birgə həyata keçirəcəyimiz proqramlar var. Cəmiyyətin bütün təbəqələrini seçkilərə cəlb etməyə çalışmalıyıq. Azərbaycanın müxtəlif bölgələrində bununla bağlı tədbirlər keçirəcəyik. DSK və məntəqə seçki komissiyalarının birbaşa vəzifəsi seçicilərin ayrı-ayrılıqda razı salınmasıdır. Başqa ölkələrdəki ən yaxşı seçki təcrübələrindən istifadə etmək lazımdır”.
 





29.07.2013    çap et  çap et