Vaxt.Az

İsrail və Fələstin anlaşdı ...


 

... Silahlar susdu

İsrail və Fələstin anlaşdı ... Qahirədə fələstinlilər və israillilər arasında atəşkəsin daha bir neçə gün uzadılması haqqında razılaşma əldə edilib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə «Əl-Ərəbiyyə» telekanalı xəbər yayıb.

Hazırda tərəflər arasında 72 saatlıq atəşkəs qüvvədədir. Eyni zamanda, İsrail qoşunlarını Qəzzadan çıxarıb.

Misir mətbuatının yazdığına görə, tezliklə İsrail nümayəndə heyəti Misirin xarici kəşfiyyatı vasitəsilə Fələstinin irəli sürdüyü tələbləri cavablandıracaq.

 





07.08.2014    çap et  çap et