Vaxt.Az

"Görüşə gəlməsə, binamusdur...”


 

Eynulla Fətullayev Emin Milli ilə duelə gedir

"Görüşə gəlməsə, binamusdur...” Eynulla Fətullayev Berlinə Emin Millini axtarmağa getdiyini açıqlayıb. Musavat.com-un məlumatına görə, jurnalist bu barədə Facebook-da yaxıb: “Avqustun 8-də Berlinə yollanıram. Artıq biletimi aldım. Emin Millini yerin dibindən də olsa tapacam. Emin Milliyə telefonumu da göndərəcəm. Gəlməsə görüş yerinə, binamusun oğlu binamusdur...”
Qeyd edək ki, Eynulla Fətullayev bundan əvvəl yazdığı statusda da Emin Milli ilə görüşmək təklifi irəli sürmüşdü. “Emin Milli adlı bloger məni təhqir edib öz profilində. Hər şeydən öncə biz kişiyik. Mən bu təhqiri yeməyəcəm. Emin Milliyə yazdım indi - birincisi kişi məktub vasitəsilə söyüş söyməz. Üzə deyər. İkincisi, yazdım ki, bilirəm Bakıya dönməkdən qorxursan. İstənilən şəhərin adını yaz, gəlim kişi kimi təkbətək söhbətimizi çözək. Amma yazmasa və gəlməsə, burdan dəyirəm, istənilən yerdə Emin Millini tapıb onu cəzalandıracam. Emin Milli mənə görüş yerini təyin et. Gözləyirəm”, - jurnalist yazmışdı.
 





29.07.2013    çap et  çap et