Vaxt.Az

Evlənənlərə xoş xəbər


 

Nikah qeydiyyatı elektronlaşdırıldı

Evlənənlərə xoş xəbər Elektron-hökumət portalında yenilik. "Nikah qeydiyyatı üçün elektron müraciət xidməti” "Elektron hökumət” portalına köçürülüb.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron-hökumət portalı vasitəsilə yeni xidmətini istifadəçilərinə təqdim edib. “Nigah qeydiyyatı üçün elektron müraciət” adlanan bu yeni xidmət vasitəsilə ailə qurmaq istəyən şəxslər indi nigaha daxil olmaq üçün ərizəni əlavə vaxt sərf etmədən, onlayn qaydada qeydiyyatdan keçərək verə bilərlər. Nigah qeydiyyatı üçün ərizəni, hər iki tərəf özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s) daxil edərək onlayn şəkildə, rahat, qısa vaxt ərzində, əlavə vaxt sərf etmədən və olduqları yerləri tərk etmədən verə bilərlər. Uğurla qeydiyyatdan keçən şəxslərin nigahı 1 (bir) aydan sonra ərizəçilərin seçdiyi saatda bağlanılacaq.
Xidmətdən istifadə üçün: www.e-gov.az saytına daxil olmaq lazımdır.
 





29.07.2013    çap et  çap et