Vaxt.Az

Kadırovun qardaşı da Ukraynaya girdi


 

Onlarla rus desantçısı tutuldu

Kadırovun qardaşı da Ukraynaya girdi Avrasiya İttifaqı ölkələrinin prezidentlərinin Minskdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşü ərəfəsində rəsmi Kiyev Rusiya ilə sərhəddə onlarla rus desantçısının zərərsizləşdirildiyini, onlardan bir qrupunun əsir götürüldüyünü bəyan edib. Virtualaz.org xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti desantçıların silahları və sənədləri ilə birlikdə ələ keçdiyini açıqlayıb. Ancaq hələlik bu barədə heç bir sübut təqdim edilməyib.

Açıqlamada deyilir ki, Donetsk vilayətində antiterror qüvvələri Rusiya diversantlarının bir qrupunu zərərsizləşdirib. Açıqlamadan belə çıxır ki, zərərsizləşdirmə deyəndə qrup üzvlərinin ələ keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, Rusiyanın hava-desant qoşunlarının Svir diviziyasının 331-ci polkunun 10 hərbçisi əsir götürülüb. Əsirlər bildiriblər ki, onları ötən şənbə günü dəmir yoluyla Rostov vilayətinə dislokasiya ediblər. Gecə saat 3 radələrində desantçılar həyəcan siqnalı ilə ayağa qaldırılıb və hərbçilərə onlarla BMD-dən (desantın döyüş maşını) ibarət kolonun tərkibində yürüş əmri verilib.

Desantçıların komandirlərinə kolonun Ukrayna ərazisinə girəcəyi barədə bildirilib, ancaq sıravi əsgərlərə bu haqda heç nə deyilməyib. Desantçıların bildirdiyinə görə onların valideynləri övladlarının Dağıstanda xidmət etdiyini düşünür.

Ukrayna mənbələri xəbər verir ki, hərbi kolon Rusiya bayraqları altında Ukraynaya daxil olub. Onlara Donetsk ətrafında öldürülən rus hərbçilərinin və muzdluların cəsədlərini, habelə yaralıları Rusiya ərazisinə çıxarmaq üçün «təhlükəsiz dəhliz» yaratmaq əmri verilib. Kiyevdəki mənbə bildirib ki, həmin kolonda Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı Salman da olub.

 





26.08.2014    çap et  çap et