Vaxt.Az

225 separatçı öldürülüb


 

Ukrayna ordusu xeyli zirehli texnikanı da məhv edib

225 separatçı öldürülüb Luqanskda Ukrayna ordu qüvvələri separatçılara daha bir ağır zərbə endirib. Bu barədə Ukrayna Antiterror əməliyyatı qrupunun «Facebook» səhifəsində xəbər verilir.

Xəbərə görə, Qarlovka və İlovaysk qəsəbələrində ordu qüvvələrin separatçılara məxsus 3 tank, 1 zirehli hərbi döyüş maşını, 2 «Qrad» BM 21, 4 minomyot, 1 hərbi avtomobil məhv edilib.

Bundan başqa 225 separatçının öldürüldüyü bildirilir.

Açıqlamada bildirilir ki, separatçılara zərbə ağır artilleriya atəşi ilə vurulub. (ANS Press)

 





27.08.2014    çap et  çap et