Vaxt.Az

Ermənistan vertolyotu vuruldu


 

Düşmən texnikası əsgərlərimizin nəzarətindəki əraziyə düşüb

Ermənistan vertolyotu vuruldu Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun vertolyotunu vurub. Bu barədə «Qafqazinfo»ya məlumat cəbhə bölgəsindən daxil olub. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

***

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AzVision.az-a açıqlamasında bildirib ki, bununla bağlı nazirlik tərəfindən rəsmi məlumat yayılacaq.

***

Ermənistan tərəfi də faktı təsdiqləyib. Erməni mətbuatının yazdığına görə, «Mİ-24» vertolyotu təlim-məşq uçuşu həyata keçirən zaman Azərbaycan silahlı qüvvələri tərəfindən vurulub. 

***

Ermənistan mediasının yaydığı məlumata görə, vurulan Mi-24-də 3 nəfər ekipaj üzvü həlak olub.  Helikopterin tamamilə yandığı qeyd edilir.

 





12.11.2014    çap et  çap et