Vaxt.Az

«Halım özümdə deyil»


 

Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılır

«Halım özümdə deyil» «Sabah məni xərəkdə xüsusi təyyarəyə mindirib, İsrailə aparacaqlar. Həyat yoldaşım Nüşabə xanım olmadan heç hara gedə bilmərəm. O da yanımda olacaq».

Bu sözləri Modern.az saytına uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlu bildirib. 

Vaqif Səmədoğlu hazırda özünün yaxşı hiss etmədiyini də söyləyib: «Özümü yaxşı hiss etmirəm. Halım heç özümdə deyil...»

Qeyd edək ki, xalq şairi müalicəsini davamlı olaraq İsraildə və vətəndə davam etdirir.

 





25.11.2014    çap et  çap et