Vaxt.Az

Bakı-İstanbul təxirə salınıb


 

Alınan biletlər digər reyslərə keçirilib

Bakı-İstanbul təxirə salınıb Sərnişin azlığı səbəbindən «Azərbaycan Hava Yolları» QSC (AZAL) bu gün Bakı-İstanbul aviareysini təxirə salıb.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, şirkət Bakıdan İstanbula olan bir reysini təxirə salıb: «Bu gün «B767-300» tipli təyyarə ilə yerinə yetirilməsi nəzərdə tutulan J2 077 saylı reysin təxirə salınmasına səbəb sərnişin azlığıdır. Bakıdan saat 20:45-də yola düşməli olan aviareys, yerli vaxtla saat 23:50-də İstanbula enməli idi».

Sözügedən reysə bileti olan sərnişinlərin biletləri digər reyslərlə əvəz edilib.

Qeyd edək ki, AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə - 5 reys) uçuşlar həyata keçirir. Bu istiqamət üzrə biletin qiyməti bir tərəfə 220 manat, hər iki istiqamətdə isə 396 manatdan başlayır.

 





02.02.2016    çap et  çap et