Məsələnin ciddiliyindən xəbər verən məqamlardan biri də Ermənistanın indiki dövlət başçısı Serj Sərkisyanın bu gün kompromis variantı irəli sürməsidir. Demək olar ki, bu günə qədər kompromisdən qaçan, bunu heç cür yaxın buraxmayan Ermənistan, onun rəhbərinin birdə-birə bu qənaətə gəlməsi heç də təsadüfi sayıla bilməz.
Azərbaycanın işğal edilmiş rayonlarından Ermənistana qaçan ermənilər İrəvanda etirazla qarşılanıblar.
Artıq Qarabağ ermənilərinə qarşı İrəvanda etirazlar başlayır. Üstəlik Ermənistanın çox ciddi itki verərək işğal edilmiş bölgələri məcburən azad etməsi yerli erməniləri hiddətləndirib. Onlar bu qədər tökülən qan qarşısında torpaqların azad edilməsini qəbul etmirlər.
Sərkisyandan Qarabağdakı mövcud vəziyyətin hesabatı istənilir. Ancaq Sərkisyan rejimi həm mövcud vəziyyəti, həm də məhv edilən erməni hərbçilərinin sayını gizlədir.
Hərbi mənbələrdən Modern.az-ın əldə əldə etdiyi məlumata görə, artıq Sərkisyan rejimi birmənalı olaraq dalana dirənib. Sadə ermənilərə xoşbəxt gələcək vəd edən Sarkisyan rejimi nəticədə erməniləri bədbəxt gələcək bəxş edib.
Çarəsiz qalan Sərkisyan rejimi bundan yeganə çıxış yolu kimi Ermənistandan qaçması üçün yollar axtarır. Hətta sabah Sərkisyanın ölkədən qaçacağını və xaricdən bəyanat verərək istefaya getdiyini bəyanlayacağı gözlənilir.
Ermənistanda isə sabah «Qarabağ bizə lazım deyil», «Övladlarımızı bizə verin» kimi şüarlarla kütləvi aksiyaların başlayacağı gözlənilir.
Modern.az