Vaxt.Az

«Sərkisyan ... miras alıb»


 

Levon Ter-Petrosyan: «Qarabağ müharibəsi diplomatik cəbhəyə keçir»

«Sərkisyan ... miras alıb» Azərbaycan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə qarşıdan gələn danışıqlarda mövqelərini gücləndirməyə çalışacaq. Virtualaz.org xəbər verir ki, bunu «İlur» portalına müsahibəsində Azərbaycanın son hücumlarının hansı məqsəd daşıdığı barədə sualı şərh edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Atəşkəs rejiminin bu cür ciddi pozuntularının təkrarlana bilmək ehtimalı barədə suala cavab verərkən Ter-Petrosyan bildirib ki, atəşin dayandırılması barədə razılaşmanın Rusiyanın vasitəçiliyi ilə baş verdiyini nəzərə alsaq, «kiçik pozuntular» nəzərə alınmamaqla, Rusiya genişmiqyaslı pozuntulara yol verməməyə qadirdir. «Bunun nəticəsi olaraq, gələcək danışıqlarda Rusiyanın rolunun əhəmiyyəti artır», - deyə o bildirib.

Danışıqlarda hansı sənədin masaya qoyulacağı və Ermənistan tərəfindən torpaqların təhvil verilməsi ilə yanaşı, regiona sülhməramlıların yeridilməsi ehtimalını şərh edən Ter-Petrosyan bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin prinsipial razılıq verdikləri Madrid sənədləri həm bu, həm digər ehtimalı nəzərdə tutur. Bununla yanaşı, birinci prezident qeyd edib ki, Sərkisyan Madrid prinsiplərini Robert Koçəryan və onun administrasiyasından miras kimi qəbul edib.

Ter-Petrosyan əmin olduğunu bildirib ki, qarşıdan gələn danışıqlar prosesində Ermənistan sərt, lakin konstruktiv mövqedən çıxış etməlidir.

«Tezliklə müharibə döyüş meydanından diplomatik cəbhəyə keçəcək. Danışıqlar masası arxasında Serj Sərkisyan özünü güclü hiss etməlidir», - deyə o bildirib.

 





11.04.2016    çap et  çap et