Vaxt.Az

Urmiyada dəstək aksiyası


 

Gölü ətrafında insan zənciri yaradıldı

Urmiyada dəstək aksiyası Güney Azərbaycanın vacib problemlərindən biri - Urmiya gölünün qurumasına qarşı aparılan kütləvi mübarizə indiyədək ciddi bir nəticə verməyib və soydaşlarımız növbəti dəfə ölkə rəhbərliyi və ictimaiyyətin diqqətini Urmu gölünə cəlb etmək məqsədi ilə bir araya gəliblər.

Son məlumata görə, bir qrup ətraf mühit fəalı Urmiya gölü ətrafı və Cığatu (Zərinerud) çayı ilə Tatau çayının (Siminerud) birləşdiyi nöqtəyə toplaşaraq əraziyə baxış keçiriblər. Yığıncaqda iştirak edən fəalların əksəriyyəti Şəri və Qərbi Azərbaycan Əyalətlərindən olub.

Urmu gölünün quruma təhlükəsindən qurtulmasını tələb edən Ətraf Mühit fəalları gölün nicatı üçün dua edib və insan zənciri yaradıblar.

 





11.04.2016    çap et  çap et