Vaxt.Az

«ABŞ-da seçkilər saxtalaşdırılır»


 

Trampdan qalmaqallı açıqlama: «Məni gözdən salmaq üçün hər bir addımı atırlar»

«ABŞ-da seçkilər saxtalaşdırılır» Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır.

AzVision.az xəbər verir ki, bu barədə milliarder-namizəd öz şəxsi «Twitter» səhifəsində yazıb.

«Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür», - deyə Trampın bəyanatında bildirilir.

Tramp bundan öncəki çıxışında bildirmişdi ki, prezident seçimləri yaxınlaşdıqca, Amerika KİV-ləri onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atır.

 





17.10.2016    çap et  çap et