Vaxt.Az

Moskvada iki erməni güllələnib


 

Meyitlər kirayə mənzildə tapılıb

Moskvada iki erməni güllələnib Rusiya paytaxtında kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb. Bu barədə RİA Novosti agentliyinə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Yuliya İvanova bildirib.

«Yeni Moskva rayonunda kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb. Faktla bağlı cinayət işinə başlanılıb», - deyə Y.İvanova vurğulayıb.

Onun sözlərinə görə, hazırda hadisə yerində müstəntiqlər işləyir.

Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

 





24.10.2016    çap et  çap et