Vaxt.Az

Avropa İttifaqında təyyarə faciəsi


 

Qurumun üzvləri qəzaya düşdü, azı 5 nəfər öldü

Avropa İttifaqında təyyarə faciəsi Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb. Maltadan havaya qalxan təyyarə Liviyanın (Libi) şimali-qərbində yerləşən Misrata şəhərinə istiqamət götürmüşdü.

Hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.

Məlumata görə, «Metroliner» tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misrata bölgəsinə aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb. İlkin məlumata görə, təyyarədə 10 nəfər olub.

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

 





24.10.2016    çap et  çap et