Vaxt.Az

Kərkük məscidinə hava hücumu


 

13 qadın və uşaq ölüb

Kərkük məscidinə hava hücumu Mənzil qərargahı Nyu Yorkda olan insan haqları təşkilatı «Human Rights Watch» (HRW) bildirib ki, cümə günü İraqın Kərkük şəhəri yaxınlığında bir məscidə edilən hava hücumu zamanı azı 13 qadın və uşaq ölüb.

Əlində hücumla bağlı dəlillər olduğunu deyən təşkilat İraq Hava Qüvvələrindən bu hücumu araşdırmağı istəyib.

Özünü İslam Dövləti adlandıran qrupa qarşı ABŞ-ın liderlik etdiyi koalisiya bu hücumu etmədiyini bəyan edib.

HRW güman edir ki, hücumu İŞİD törədə bilər.

İŞİD həmin məsciddən 15 kilometr uzaqlıqdakı bölgəyə nəzarət edir.

İŞİD cümə günü Kərkükdə 19 nəfərin həlak olmasına səbəb olmuş başqa hücumlar həyata keçirib.

 





24.10.2016    çap et  çap et