Vaxt.Az

«Prosesi ilbiz sürətiylə hərəkət edir»


 

«Danışıqlarla bağlı heç bir irəliləyiş əldə olunmayıb»

«Prosesi ilbiz sürətiylə hərəkət edir» «Minsk sazişlərinin həyata keçirilməsi prosesi ilbiz sürətiylə hərəkət edir». «Qafqazinfo»nun məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bildirib.

Onun sözlərinə görə, danışıqlarla bağlı hələ ki, heç bir irəliləyiş əldə olunmayıb: «Artıq bir neçə aydır ki, biz irəli getmək üçün əlimizdən gələn hər şeyi edirik, lakin bu işin nəticələrini ancaq lupa ilə görmək bizi məyus etməyə də bilmir».

Ştaynmayer bildirib ki, Ukraynanın şərqində münaqişənin gərginləşməsinin qarşısı müvəqqəti də olsa, alınıb: «Biz başa düşürük ki, münaqişənin həlli yolları nə tez, nə də asan olacaq. Lakin biz bu proses nə qədər vaxt aparsa da, onun sülh yolu ilə həllinə nail olmaq istəyirik».

 





25.10.2016    çap et  çap et