Vaxt.Az

Dünyanın ən uzun metrosu


 

Pekin metropoliteni dünya birincisi oldu

Dünyanın ən uzun metrosu Çin dünyanı təəccübləndirməkdə davam edir. Belə ki, daha bir neçə stansiyanın açılışından sonra Pekin metrosu dünyanın ən böyük metropoliteni adını alıb.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun yolların ümumi uzunluğu 442 kilometrə çatdırılıb.
Qeyd edək ki, Londonda bu rəqəm 402 kilometr, Seulda 406 kilometr, Şanxayda isə 425 kilometrdir. Ümumlikdə dünya reytinqinə də Çinin iki meqapolisi başçılıq edir.
 





31.12.2012    çap et  çap et