Vaxt.Az

Xalq artisti davranışı


 

Fuad Poladov «Azdrama»dan istefa verdi

Xalq artisti davranışı Kulis.az-ın məlumata görə, Xalq artisti Fuad Poladov Akademik Dövlət Dram Teatrından (AzDrama) istefa ərizəsi yazıb. Onun ərizəsinə hələ də baxılmayıb. Lakin Xalq artistinin israrlı olduğu bildirilir. Buna səbəb kimi teatrda son dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilir.

Məsələ ilə bağlı «Azdrama»dan çıxarılan aktyor Hikmət Rəhimov da öz «Facebook» səhifəsində yazıb:

«Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun».

Məsələ ilə bağlı əlaqə saxladığımız Xalq artisti Fuad Poladovun  məsələyə münasibəti belə oldu: «Bu barədə danışmaq istəmirəm».

Akademik Milli Dram Teatrından Kulis.Az-a Fuad Poladovun teatrdan istefa vermədiyini bildiriblər:  «Oktyabrın 28-də Fuad müəllimin rol aldığı «Müsyo İbrahim və Quran çiçəyi» tamaşası nümayiş olunacaq. Bu ay ərzində isə «Şah Qacar» tamaşasında çıxış edib».

 





26.10.2016    çap et  çap et