Vaxt.Az

«Urmiya problemində əsas amil puldur»


 

«Gölün quruması ölkəyə 1 trilyon dollar ziyan vuracaq…»

«Urmiya problemində əsas amil puldur» «Hazırda Urmiya gölünü təhdid edən əsas amil, büdcə məsələsidir». Bu barədə Urmiya Gölünü Canlandırma Mərkəzinin rəisi Ətraf-Mühit və Azad Universiteti mütəxəssislərinin təşəbbüsü ilə Urmu gölünün canlandırılması mövzusunda keçirilən iclasda bildirib.

«Prezident Həsən Ruhaninin seçki şüarlarından biri Urmiya gölünün canlandırılması olub, bu əsasda onun hakimiyyətində Urmiya Gölünü Canlandırma Mərkəzi yaradıldı və gölün bir il müddətində canlandırılmasına qərar verildi. Bundan sonra elmi araşdırmalara başlandı və biz 6 ay müddətində araşdırma işləri ilə ciddi məşğul olduq. Əlbəttə ki, araşdırmalar yenə də davam edir. Sonra isə icra orqanlarının istiqamətini və yanaşmasını dəyişmək üçün onları qane etməyə və bu kimi digər işlərə ehtiyac var idi. Bütün bunlar da həyata keçirildi və artıq icra orqanları gölün canlandırılması istiqamətində hərəkət edirlər. Lakin hal-hazırda Urmiya gölünü təhdid edən əsas amil büdcə məsələsidir»- deyə İsa Kəlantəri bildirib.

Urmiya Gölünü Canlandırma Mərkəzinin rəisi gölün canlandırılmasının maliyyə baxımından əhəmiyyətinə də toxunub. «Urmiya gölünün quruması ölkəyə 1 trilyon dollar ziyan vuracaq. Lakin onun canlandırılmasına təxminən 6,7 milyard dollar lazımdır. Bu rəqəmlər gölün canlandırılmasının sərfəli və çox vacib olduğunu göstərir»- deyə o vurğulayıb.

 





27.10.2016    çap et  çap et