Vaxt.Az

«Problemlər var»


 

ATƏT müşahidəçiləri ABŞ-da seçkinin təşkilini pislədilər

«Problemlər var» ATƏT müşahidəçiləri ABŞ-da noyabrın 8-də baş tutacaq seçkilərin təşkilindəki pozuntulara görə narahatlıq keçirirlər.

AzVision.az xəbər verir ki, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixail Georq Linkin sözlərinə görə, altı milyona qədər amerikalı seçki prosesindən kənarda saxlanılıb. O, «Frankfurter Allgemeine Zeitung»a bildirib ki, söhbət 2,6 milyon məhkumdan və hazırda istintaq altında olan 3,2 milyon şübhəli şəxsdən gedir.

ABŞ-dakı seçkiləri müşahidə edən ATƏT nümayəndəsi Yurgen Klinke isə Almaniyanın «Bild» qəzetinə deyib ki, ABŞ-da seçki prosedurları ilə bağlı narahatlıqlar var. Onun sözlərinə görə, ABŞ hökuməti «Beynəlxalq normalara əməl etmək üçün çalışmalıdır».

Klinke bildirib ki, ABŞ-da bəzi saat qurşaqlarında yerləşən ştatlarda hələ səsvermə bitməmiş, digər qurşaqlarda yerləşən ştatlarda artıq nəticələr açıqlanacaq. Bu isə seçicilərin düşüncəsinə təsir etdiyi üçün yolverilməzdir.

 





27.10.2016    çap et  çap et