Vaxt.Az

Tramp ulduzu dağıdılıb


 

Hollivudun Məşhurlar Xiyabanındakı beşguşəli vandalizmə məruz qalıb

Tramp ulduzu dağıdılıb ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın Hollivudun Məşhurlar Xiyabanındakı ulduzu vandalizmə məruz qalıb.

Los Anceles polisi ulduzun kirşə çəkici ilə dünən sübh çağı dağıdıldığını bildirir.

Ticarət Palatası ulduzun 2500 dollar dəyəri olduğunu bildirib. Hazırda vandalizmlə bağlı istintaq aprılır.

«Deadline Hollywood»un bildirdiyinə görə, Cemi Otis adlı şəxs ulduzun hissələrini hərraca çıxaracağını və Trampın təcavüzünə məruz qalan qadınlar üçün vəsait toplayacağını deyib.

Tramp ulduzu 2007-ci ildə «Şagird» biznes şousuna görə salınıb.

Bu, Tramp ulduzuna qarşı ilk hücum deyil. Aprel ayında ulduz Nasist Almaniyasının svastikası ilə rənglənmişdi.

 





27.10.2016    çap et  çap et