Vaxt.Az

…«Spartak» çempion oldu


 

Tarixində ilk dəfə…

…«Spartak» çempion oldu Latviya çempionatının qalib bəlli olub.

Komanda.az xəbər verir ki, çempionatın başa çatmasına bir tur qalmış Yurmala «Spartak»ı çempionluğu təmin edib. Son turdan əvvəl çempionluğa «Ventspils» də iddialı idi. Ancaq «Ventspils» gözlənilmədən məğlubiyyətə uğrayıb. «Spartak» isə qalib gələrək, rəqibləri üçün əlçatmaz olub.

Yurmala klubu tarixində ilk dəfə qızıl medal qazanıb. Ötən mövsümün çempionu «Liepaya" bu il 4-cü yeri tutub. Son turda «Elqava» ilə «Ventspils» 2-ci və 3-cü yerlərin sahibini müəyyənləşdirəcəklər.

 





30.10.2016    çap et  çap et