Vaxt.Az

Tramp «rus casusu»dur?


 

Demokratların lideri FTB rəhbərinə tələb ünvanlayıb

Tramp «rus casusu»dur? ABŞ-ın Demokratlar Partiyasının lideri Harri Rid Federal Təhqiqatlar Bürosunun (FBI) rəhbəri Ceyms Komidən tələb edib ki, respublikaçıların prezidentliyə namizədi Donald Trampın Rusiya hökuməti ilə münasibətləri haqqında faktları açıqlasın.

«Mənim sizinlə və milli təhlükəsizlik sahəsində çalışan digər yüksək rütbəli şəxslərlə söhbətlərim zamanı məlum oldu ki, sizdə Donald Trampın Rusiya hökuməti ilə əlaqələri haqqında sensasion informasiyalar var. Bu informasiyalardan xəbərdar olmaq cəmiyyətin haqqıdır», - deyə Harri Rid öz saytında dərc etdiyi açıq məktubda bildirib.

Harri Rid həmçinin, FTB rəhbərini «ikili standart»larda ittiham edərək bildirib ki, FTB öz fəaliyyətində obyektiv deyil, çünki Hillari Klintona aid faktları dərhal «mənfi prizmadan təqdim etməkdən» çəkinmir. Qeyd edək ki, burada söhbət Hillari Klintonun elektron poçtundan oğurlanan məktubların yayımlanmasına FTB-nin reaksiyasından gedir.

 





31.10.2016    çap et  çap et