Vaxt.Az

Satdıqları buğdanın pulunu ala bilmirlər


 

İran hakimiyyətinin Güney Azərbaycandakı əkinçilərə qarşı etinasızlığı

Satdıqları buğdanın pulunu ala bilmirlər Güney Azərbaycanda yığım vaxtından 4 aydan çox keçsə də, əkinçilər min zəhmətlə yetişdirib dövlətə satdıqları buğdanın pulunu ala bilmir.

Məsələ ilə bağlı «Keşavərzi» bankı filiallarının ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən açıqlama yayılıb. Açıqlamaya görə, Şərqi Azərbaycanda məhsullarını dövlətə satan əkinçilərə tələblərinin sadəcə 18 faizi yəni 128 milyard tümən ödənilib, qalan 300 milyard tümən isə yığım vaxtından aylar keçməsinə baxmayaraq hələ də ödənilməyib. «Əkinçilərin qalan tələbi, dövlət büdcə ayırdıqdan sonra bank tərəfindən ödəniləcək» deyə açıqlamada vurğulanıb.

Məlumata görə, cari ildə Şərqi Azərbaycan əkinçilərindən toplam olaraq 7 min 623 milyard riallıq buğda alınıb, oktyabrın 29-dək 6 min 340 milyard rialın ödənildiyi bildirilir.

Qeyd edək ki, əkinçilərin dövlətə satdıqları buğdanın pulunu vaxtında ala bilməməsi məsələsi Şərqi Azərbaycanla məhdudlaşmir, Güney Azərbaycanın digər vilayətlərində də eyni problem yaşanır.

 





31.10.2016    çap et  çap et