- Hər dəfə Türkiyədə partlayış olduqdan iki gün əvvəl ABŞ Türkiyəni terror təhlükəsinin olması ilə bağlı xəbərdarlıq edir. PKK-nın məqsədi nədir və ABŞ bu terrorları əvvəlcədən necə bilir?
- Qlobal güclər terror təşkilatları üzərindən Türkiyəni küncə sıxışdırmaq və onu siyasətlərinə alət etməyə razı salmaq istəyirlər. Türk milləti terrorla tərbiyə edilə biləcək bir millət deyil. Bütün qlobal güclər və onların əlaltıları olan terror təşkilatları bunu bilməlidir. PKK, Kürd adından istifadə edərək özünə adam toplayan beynəlxalq qaçaqmalçılıq və narkotika üzrə podratçı təşkilatdır. Kimin işi düşürsə ona xidmət edir, amma mütləq sonu gələcək və yox ediləcəkdir.
Türk milləti on min ildir ki, əziyyətlər çəkərək yoluna davam edir.
- ABŞ Türkiyədən əvvəl partlayış olacağını haradan bilir və xəbərdarlıqlardan sonra niyə terror aktının qarşısı alınmır?
- Biz 1550-ci ildə və Qanunu dövründə deyilik. Bütün dünyanı bir anda qarşımıza ala bilmərik. Qlobal və regional balansları qoruyaraq, heç bir qrupa aid olmadan nailiyyətlər əldə etməliyik. Düşmənimizin düşmənini dost etmədən yalnız dövlət və millət maraqları gözlənilməklə əməkdaşlıq edə bilərik.
Terror ilə mübarizə və Terrorizmlə mübarizə fərqlidir. Terror ilə mübarizə hüquq-mühafizə orqanlarının, Terrorizm ilə mübarizə isə siyasətin, bürokratiyanın, diplomatiyanın və daxili işlər nazirliyi orqanlarının borcudur.