Vaxt.Az

«Ortada siyasi motiv var»


 

Fətullah Gülən Türkiyəyə niyə verilmir?

«Ortada siyasi motiv var» Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhddən sonra rəsmi Ankara israrlı şəkildə nurçu camaatın ABŞ-da yaşayan lideri Fətullah Gülənin ölkəyə ekstradisiyasını tələb edir. Amma Ağ Ev hələ də, Türkiyənin bu tələbinə müsbət cavab verməyib.

Politoloq Arzu Nağıyev mövzu ilə bağlı Modern.az saytına şərh verib. 

A.Nağıyev ABŞ-ın Fətullah Güləni Türkiyəyə verməməsinin səbəbini də izah edib.

«Lakin Amerika Birləşmiş Ştatları Fətullah Gülənə açılan cinayət işini tələb edir. Bir sıra görüşlərdən sonra göndərilən sənədlər də Amerika tərəfini razı sala bilmədi. ABŞ-ın prinsipi isə bundan ibarətdir: siyasi əqidəsinə görə, hər hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq heç bir şəxsi ikinci dövlətə təhvil vermirlər. Belə bir beynəlxalq qanunlar var».

Ekspertin sözlərinə görə, burada da siyasi məsələlər olduğuna görə, ABŞ  Fətullah Gülənin ekstradisiyasını təmin etmir.

«İkinci bir məsələ isə ondan ibarətdir ki, Türkiyə hərbi çevrilişə cəhddən sonra ölüm hökmünün bərpası haqqında qərar çıxarmaq istədi. Fətullah Gülənin də ölüm hökmü ilə cəzalandırılacağı riskini nəzərə alan Amerika onun təhvil verilməsindən imtina etdi. Düşünürəm ki, ABŞ ümumiyyətlə  Fətullah Güləni Türkiyəyə verməkdən vaz keçəcək. Ortada siyasi motiv olduğuna görə, bu problem uzanacaq».

 





01.11.2016    çap et  çap et