Vaxt.Az

«Tramp lap mənim tayımdır»


 

Jirinovski: «Bizim cəmi bir fərqimiz var»

 «Tramp lap mənim tayımdır» Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski hesab edir ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp eynən onun özüdür. Tək bir fərqi var ki, o da puludur.

«O özü bildirib ki, eynən mənə oxşayır. Tam müstəqillik və seçki kampaniyasını öz texnologiyası ilə aparması. O, imicmekerlər dəvət etməyib, muzdla kuklaoynadanlar tutmayıb», - Jirinovski deyib.

Rusiyalı ekstravaqant siyasətçi bildirir ki, Tramp da onun kimi «kağıza baxmadan» danışır, habelə amerikalı siyasətçinin miqrantlara qarşı mübarizə barədə fikirləri onun fikirləri ilə üst-üstə düşür. «Bizim aramızda cəmi bir fərq var. Mən milyarder deyiləm»-Jirinovski əlavə edib.

 





01.11.2016    çap et  çap et