Vaxt.Az

Klinton Trampı qadınlara sataşmaqda günahlandırır


 

Prezident Obama Ohayo ştatında kampaniyaya qatılıb

Klinton Trampı qadınlara sataşmaqda günahlandırır Hillari Klinton deyib ki, Donald Trampın qadınları «təhqir etmək, ləyaqətini alçaltmaq, zorlamaq və alçaldıcı hərəkətlər etməsinin» 30 illik tarixi var.

Bu arada, cənab Tramp xanım Klintona «rüşvətxor» damğası vuraraq deyib ki, o «Amerika səhiyyə sistemini həmişəlik» dağıdacaq.

O bir qədər əvvəl Klinton seçiçilərinə səslənərək deyib ki, onlar «tövbə edərək» 4 ştatda səslərini dəyişə bilər.

Ohayo ştatında keçirilən mitinqdə xanım Klintonnun son şərhini davam etdirərək prezident Obama deyib ki, Respublikaçı namizəd «bütün ömrünü qadınları donuz, it və tənbəl adlandırmaqla keçirib».

Cənab Trampın qadınlarla davranışı onun arxiv kadrlarından sözünü misal gətirən yeni televiziya elanındakı ilə üst-üstə düşür. Orda cənab Tramp deyir: «Qadınları işə qoymaq çox təhlükəli şeydir».

Respublikaçı namizəd ötən ay, 2005-ci ildə qadınlar haqqında dediyi ədəbsiz sözlərdən ibarət videonun ortaya çıxmasından sonra cinsi təcavüz iddiaları ilə üzləşib.

O hər hansı pozuntu etdiyini inkar edir və seçkilərdən sonra bununla əlaqəli olan hər kəsi məhkəməyə verəcəyini deyib.

Donald Tramp öz hücumunu əsasən, Obama qayğı adlandırılan, aşağı gəlirli insanlar arasında o qədər məşhur olmayan Mümkün Qayğı Aktına (Affordable Care Act) kökləyib.

Wisconsin ştatında təbliğat yoldaşı Mike Pence və mer Skott Ualker ilə birlikdə səhnəyə çıxan cənab Tramp aktı «fəlakət» adlandırıb və deyib ki, prezident seçiləcəyi halda onun dərhal dəyişməsi və ya əvəzlənməsi ilə bağlı Konqresin xüsusi iclasını çağıracaq.

O həm də «səhv edərək» xanım Klintona səs verən seçicilərə səslənib və cümə axşamına qədər onu dəyişməyə çağırıb.

Hər iki tərəf çıxışında yenə də FTB-nin çərşənbə axşamı, xanım Klintonun elektron məktubları ilə bağlı yenidən araşdırma başlatması ilə bağlı məsələyə köklənib.

 





02.11.2016    çap et  çap et