Vaxt.Az

Roma Papası qadınlara qarşıdır?


 

«Onlar heç vaxt rahib ola bilməzlər»

Roma Papası qadınlara qarşıdır? Katoliklərin ruhani lideri Papa Fransisk qadınların heç bir zaman rahib kimi işləyə bilməyəcəyini açıqlayıb. Vaxt.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveç səfərindən Romaya qayıdarkən jurnalistlərin suallarını cavablandıran Papa, qadınların Katolik Kilsəsində rahib kimi çıxış etməsinin mümkün olmadığını deyib.

Jurnalistlərin israrlı suallarından sonra bu qərarın qəti olduğunu bildirən Papa Fransisk Papa II. Jean Paulun bu mövzudakı açıq qərarının hələ də qüvvədə olduğunu xatırladıb. O, bildirib ki, St John Paulun bəyannaməsini diqqətlə oxusaq, qərarın bu istiqamətdə olduğunu görə bilərik. 

Katolik Kilsəsi qadınların rahib olmasının qadağan olunması ilə bağlı tənqidi fikirlərə «İsa peyğəmbərin bütün səhabələri kişi olub» deyə cavab verib.

 





02.11.2016    çap et  çap et