Vaxt.Az

BMT nümayənəsinin Urmiya gölü əndişəsi


 

Duz zərrəcikləri ətraf ərazidə yaşayan 5 milyon insana təhlükə yaradır

BMT nümayənəsinin Urmiya gölü əndişəsi «Urmiya gölünün duz zərrəcikləri ətraf ərazidə yaşayan 5 milyon insana təhlükə yaradır». Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Tehran ofisinin nümayəndəsi «Mən Urmu gölüyəm» kampaniyasının Urmiya gölünün canlandırılması ilə bağlı 1 milyon 700 min imzanın təqdim etdiyi tədbirdə danışıb.

«Urmu gölünün duz zərrəcikləri şiddətli küləklər nəticəsində ətraf ərazilərə yayılır. Bu o həddə çatıb ki, duzun şorluğunu hiss etmək mümkündür. Lakin məsələ bununla da bitmir, küləyin yaydığı duz zərrəcikləri tədricən insanların ağciyər və gözlərinə daxil olur və onların sağlamlığına təhlükə yaradır. Hazırda Urmu gölü ətrafında yaşayan 5 milyon əhali gündəlik həyatlarında bu problemlə üzləşirlər»- deyə Gary Lewis qeyd edib.

BMT nümayəndəsi fəsillə əlaqədar şiddətlənən küləklərin yaratdığı problemlə bağlı bildirib ki, «Mərakeşdə keçiriləcək «Kap 22» mərasimində İranda yaşanan duz zərrəcikləri problemini də müzakirə edəcəyik. Ola bilsin ki, UNEP və UNBP-nin yardımı ilə bu məsələ həll olunsun. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün İraq, Suriya və İordaniyadakı həmkarlarımla yaxından əməkdaşlıq edəcəm»- deyə Gary Lewis deyib.

Qeyd edək ki, Urmu gölü ətrafında yaz fəslinin ortalarından payızın sonlarına kimi küləklərin artması səbəbindən, duz zərrəcikləri daha çox bölgəyə yayılır. Bu vəziyyət ildən ilə şiddətlənir.

 





02.11.2016    çap et  çap et